
Spa və hovuzlar
Açıq səma altında infinity hovuz, qapalı hovuz, sauna və fitnes — il boyu.
Dağ mənzərəli hovuz
Açıq səma altında
Otelin əsas səhnəsi: üfüqə qovuşan hovuz, şezlonqlar, su kənarında bar və Qafqaz panoraması. Axşam firuzəyi işıqlar yanır — qaranlığa qədər qalmağa dəyər.

İl boyu
İsti su, ağac və daş, dağlara açılan panoram pəncərələr. Qışda Şahdağ enişlərindən sonra günün ən gözəl yekunu.

İstilik
Sidr taxtalı fin saunası dağ günündən sonra isidir, müasir trenajor zalı isə ritmdən düşməyə qoymur.
